Əsas Səhifə > Sosial, Slayd, Kriminal > 27.05.2014.- Cərimələrin məbləği azaldıldı
27.05.2014.- Cərimələrin məbləği azaldıldı27-05-2014, 19:15 |
![]() Mayın 26-da prezident İlham Əliyev «İnzibati xətalar məcəlləsi»nə dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə görə, sürət həddinin 10-20 km/saat aşılmasına görə cərimə 30 manatdan 10 manata endirilib. Sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olan cərimə ballarının sayı 12-dən 20-yə qaldırılıb. 20 cərimə balı toplandıqda sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılacaq. Əvvəlki məcəllədə sürücülük hüququ 2 aydan 1 ilədək məhdudlaşdırılırdı. Bundan sonra qayda pozan sürücünün DYP orqanına çağırılması qadağandır, - yeni Məcəllə bunu tələb edir. Cərimənin ödənilməsi gecikdikdə hər gün üçün əlavə olunan dəbbə pulu 2 %-dən 1%-ə endirilir. Eyni zamanda cəriməni ödəyərkən 10%-lik güzəştdən istifadə müddəti 5 gün hesablanır. Əvvəllər isə bu müddət üç gün idi. "AzerTaym.az" Geri qayıt |