Əsas Səhifə > Sosial, Slayd > 04.06.2014.- Şəxsiyyət vəsiqəsinin rüsumu da artırıldı
04.06.2014.- Şəxsiyyət vəsiqəsinin rüsumu da artırıldı4-06-2014, 09:14 |
![]() ![]() Azərbaycanda vətəndaşlara şəxiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu artırılıb. ANS-in xəbərinə görə, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, on gün müddətində verildikdə və ya dəyişdirildikdə 5 manat, üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 35 manat nəzərdə tutulub. Müvafiq Qanun 2015-ci il dekabrın 1-dən qüvvəyə minəcək. Qeyd edək ki, hazırda şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə rüsumların məbləği 10 iş günü üçün 1 manat, 3 iş günü üçün 10 manatdır. Bir iş günündə şəxsiyyət vəsiqəsinin verilməsi isə tətbiq olunmur. Geri qayıt |