Əsas Səhifə > Sosial > Prezident bu şəxslərlə bağlı sərəncam imzaladı -

Prezident bu şəxslərlə bağlı sərəncam imzaladı -


5-03-2017, 14:12

Картинки по запросу məmurlar

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

AzerTaym.az xəbər verir ki, sərəncamda qeyd olunur:
1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:
Dövlət orqanlarından
Süleymanov Tahir Veys oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini
Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Bayramov Ceyhun Əziz oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Bayramov Rafiq Yasin oğlu - Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyi Aparatının rəhbəri
Məmmədov Cavid Nəriman oğlu- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini
Gənclər təşkilatlarından
Mehdiyev Nurəddin Səftər oğlu - "Bizim Nəsil” Gənclərin Regional İnkişaf
Assosiasiyasının sədri
Seyidov Mirhəsən Mirheydər oğlu - "İrəli” İctimai Birliyinin sədri
Hüseynov Seymur Elşad oğlu - Azərbaycan Respublikası Gənclər Təşkilatları
Milli Şurasının sədri
Orucov Seymur Vaqif oğlu - "Gənclərin İntellektual İnkişafına Yardım” İctimai
Birliyinin İdarə Heyətinin sədri
2. "Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 mart tarixli 2757 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 263) ləğv edilsin.

Geri qayıt