Əsas Səhifə > Sosial > “Ev davası edən alimlərin hamısı ağıllı deyil ki”
“Ev davası edən alimlərin hamısı ağıllı deyil ki”22-06-2017, 17:33 |
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 54 alimə mənzil verilməsi məsələsi bir çox alimlərin narazılığına səbəb olub. Bəzi alimlər müqavilədə göstərilən şərtlərə əməl olunmadığını deyirlər. Modern.az saytı bir neçə gündür ki, baş qaldıran narazılıqlarla bağlı AMEA-nın rəsmi mövqeyini öyrənməyə çalışıb. Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibəyli saytımıza açıqlamasında deyib ki, narazılıqların əsası yoxdur. Qeyd edək ki, alimlərə mənzil verilməsi AMEA ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən həyata keçirilib. Belə ki, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanındakı yataqxananın ərazisində yeni inşa edilən binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin AMEA-ya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsi işi aparılıb.
Geri qayıt |