Əsas Səhifə > Sosial > Adil Əliyev:
Adil Əliyev:26-01-2018, 11:45 |
“Ermənistan prezidenti Serj Sərkisyan Fransaya səfər etdi, həm Parisdə bu ölkənin prezidenti Emmanuel Makronla görüşdü, həm də Strasburqa gedərək AŞPA-da çıxış etdi. Onun Parisdə və Strasburqda danışdıqları yalandan başqa bir şey deyildi. Bəlkə Avropada kimlərsə onun yalanlarına inanar, ancaq Azərbaycan torpaqlarının işğalında bilavasitə iştirak edən, Xocalıda günahsız insanlarımızı vəhşicəsinə qətlə yetirən birisindən “biz sülh istəyirik” sayıqlamasını heç öz ölkəsinin əhalisi ciddi qəbul etməz”. Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Adil Əliyev Sərkisyanın Fransa səfərini şərh edərkən deyib. Millət vəkili bildirib ki, Qarabağ üçün sülhün qarşısındakı ən böyük maneə elə Serj Sərkisyanın özüdür. AzerTaym.az
Geri qayıt |