Əsas Səhifə > Sosial > Səlim Müslümov TABELİYİNDƏKİ
Səlim Müslümov TABELİYİNDƏKİ6-02-2018, 13:12 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə keçirilib. Müşavirədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, dövlət başçısının təşəbbüsü və konkret tapşırığı əsasında regionların sosial-iqtisadi inkişafı məqsədilə 2004-cü ilin fevral ayında qəbul edilən ilk Dövlət Proqramı (2004-2008-ci illər), eyni zamanda sonralar qəbul edilən ikinci (2009-2013-cü illər) və üçüncü (2014-2018-ci illər) Dövlət Proqramlarının uğurlu nəticələri qeyri-neft sektorunun inkişafına da təkan verib. S.Müslümov qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarının da 84 faizi regionlar üçün xarakterik olan ənənəvi kənd təsərrüfatı sahələrini əhatə edir. Bölgələrdə işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması işlərindən bəhs edən S.Müslümov bildirib ki, 2007-ci ildə Bakı şəhərində, 2008-ci ildə Göyçay rayonunda, 2009-cu ildə Naxçıvan şəhərində yaradılan Regional Peşə Tədris Mərkəzləri bu sahədə önəmli rola malikdirlər. Nazir diqqətə çatdırıb ki, ötən dövrdə əlil və şəhid ailələri üçün inşa olunan çoxsaylı fərdi və çoxmənzilli yaşayış binalarının böyük əksəriyyəti bölgələrin payına düşür: “O cümlədən son bir ildə müharibə əlilləri və şəhid ailələrinə təqdim edilən 315 mənzil və fərdi yaşayış evindən 65 faizə qədəri regionlardadır. Ümumilikdə indiyədək nazirliyin xətti ilə 6100 nəfər əlil və şəhid ailəsi nazirlik tərəfindən mənzillə təmin olunub ki, onlardan 93,5 faizinə və ya 5703 nəfərinə son 14 ildə mənzil verilib. Hazırda daha iki rayonda - İmişli və Şamaxı rayonlarında çoxmənzilli yaşayış binalarının, eyni zamanda bölgələrdə fərdi yaşayış evlərinin tikintisi işləri davam etdirilir”. Nazir bildirib ki, sosial xidmətlərin regionlar üzrə əhatə dairəsi də genişləndirilib. AzerTaym.az
Geri qayıt |