Əsas Səhifə > Sosial > EV TİKƏNlərin NƏZƏRİNƏ: TİKİNTİ materiallarında
EV TİKƏNlərin NƏZƏRİNƏ: TİKİNTİ materiallarında16-04-2018, 22:00 |
Rusiyaya tətbiq olunan sanksiyalar inşaat bazarımıza təsir edib
ABŞ-ın və digər Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar Azərbaycanın tikinti sektoruna da təsir edib. Belə ki, tikinti bazarında taxtanın qiyməti qalxıb. Daha çox Rusiyadan idxal olunan ağac materiallarının bahalaşmasını satıcılar da təsdiqlədi. “Demək olar ki, 10-15 manat taxtanın kubunda qalxma var. Quru taxta demək olar ki, hələlik stabildir, qiymət artımı yoxdur. Yaş taxtalarda fərq var, 10-15 manat qalxma müşahidə olunur”, - satıcı Füzuli Tağıyev qeyd edib. Tikinti bazarına baş çəkmişkən digər inşaat materiallarının qiymətləri ilə də maraqlandıq. Qeyd edək ki, ölkəyə idxal olunan inşaat materialları əsasən Rusiya və Türkiyədən gətirilir. Bununla yanaşı yerli istehsal da tikinti bazarında böyük paya malikdir. Geri qayıt |