Əsas Səhifə > Sosial > MƏTBUAT xidmətinə rəhbər

MƏTBUAT xidmətinə rəhbər


30-05-2018, 14:27

Mətbuat xidmətinə rəhbər təyin olundu

“BakuBus” MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyinatı olub.

Qurumdan AzerTaym.az-a daxil olan məlumata görə, bu vəzifəyə jurnalist Qabil Babayev təyin edilib. Məlumat üçün bildirək ki, Q.Babayev bundan əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi vəzifəsində çalışıb.

O, yeni işində Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri təyin edilmiş Mansur Piriyevi əvəzləyib.


Geri qayıt