Əsas Səhifə > Sosial, Slayd > Elmar Vəliyev hesabat verdi - FOTOLAR
Elmar Vəliyev hesabat verdi - FOTOLAR21-04-2015, 19:22 |
![]() AzVision.az xəbər verir ki, hesabat məruzəsi ilə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev diqqətə çatdırıb ki, əvvəllər olduğu kimi cari ilin birinci rübündə də iqtisadiyyatın müxtəlif sahələri üzrə yüksək göstəricilərə nail olunub. Ölkə başçının Gəncəyə olan diqqət və qayğısı sayəsində əvvəllər qazanılan uğurlar daha da genişləndirilib. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ümumdaxili məhsul istehsalı 2,6 faiz yüksələrək 159,7 milyon manata çatıb. Şəhər sənayesində 2015-ci ilin ilk 3 ayında 56 milyon 493 min manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Ümumi istehsalın 88,9 faizi sənaye məhsulu istehsalının, 11,1 faizi sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılıb. Şəhər iqtisadiyyatının inkişafında mühüm rol oynayan və ümumdaxili məhsulun formalaşmasında aparıcı sahələrdən olan tikinti kompleksinin dinamik inkişafı hesabat dövründə də davam etdirilib. ![]() Yığıncaqda bildirilib ki, ölkə başçısının möcüzə adlandırdığı Heydər Əliyev Park-Kompleksində 4 min kvadratmetr ərazidə Əyləncə Mərkəzinin və Qış Parkının, həmçinin beynəlxalq standartlara cavab verə biləcək 17 hektar ərazidə Gəncə Olimpiya Parkının tikintisi istiqamətində işlər aparılır. Dövlət başçısının xeyir-duası ilə təməli qoyulmuş 1200 tamaşaçı yeri olan Gəncə Dövlət Dram Teatrının yeni binasının inşası davam etdirilir. Gəncə Dövlət Filarmoniyasinin yeni binasının, eləcə də “Mətbuat evi”nin tikintisi isə başa çatmaq üzrədir. Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və himayəsi sayəsində orta əsr qədim memarlıq incilərindən olan “İmamzadə” tarixi-memarlıq kompleksində təmir-tikinti, bərpa və abadlıq-quruculuq işləri sürətləndirilmişdir. Dövlət başçısının tapşırığına əsasən uzunluğu 19,2 km. olan Zazalı – “İmamzadə” ziyarətgahı – Gəncəçay körpüsü və şəhərin digər ərazilərini birləşdirən 54 min nəfərə yaxın əhalinin istifadə etdiyi Gəncə dairəvi avtomobil yolunun təmiri və yenidən qurulması işləri istiqamətində əməli tədbirlər həyata keçirilir. ![]() Məruzə ətrafında çıxışlardan sonra şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qarşıda duran vəzifələrlə bağlı idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verib.Yığıncağın sonunda əminlik ifadə olunaraq bildirilib ki, ölkə başçısının qarşıya qoyduğu tapşırıq və tövsiyələrin bundan sonra da uğurla yerinə yetirilməsi üçün gəncəlilər bütün qüvvələri səfərbərliyə alaraq, ölkəmizin inkişafına töhfələr verəcəklər. Geri qayıt |