Əsas Səhifə > Sosial > Kooperasiya Universitetində könüllülər proqramının
Kooperasiya Universitetində könüllülər proqramının30-04-2019, 19:14 |
Azərbaycan Kooperasiya Universitetində “Təbiəti könüllü qoruyaq ” adlı könüllülər proqramının təqdimatı olub. "AzerTaym.az"-a Universitetin mətbuat xidmətindən daxil olan məlumatda bildirlir ki, ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və maarifləndirmə işlərinin daha da genişləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış “Təbiəti könüllü qoruyaq” adlı könüllülər proqramının növbəti təqdimatı Azərbaycan Kooperasiya Universitetində keçirilib. Universitetin "Marketinq və menecment fakültəsi"nin ekologiya və coğrafiya ixtisaslarında təhsil alan tələbələrilə keçirilən görüşdə Azərbaycan Kooperasiya Universitetinin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev çıxış edərək qonaqları salamlayıb. Həmçinin, Ekologiya və Təbii Sərvətər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov, İnsan Resurslarının İdarə Edilməsi şöbəsinin aparıcı məsləhətçisi Hikmət Ağazadə, “Marketinq və menecment “fakültəsinin dekanı Eldəniz Məhərrəmov və nazirliyin əməkdaşları çıxış ediblər. Çıxışlarda xüsusilə, Azərbaycan Kooperasiya Universitetində yeni yaradılan Ekologiya klubunun fəaliyyəti barəsində geniş məlumat verilib. Seçilənlərə xüsusi sertifikatlar veriləcək və onlar ehtiyat kadrlar siyahısına alınaraq gələcəkdə ETSN-də kadr heyətinin formalaşdırılmasında iştirak edəcəklər. Bu da gənc könüllülərin iş həyatına uğurlu bir keçid fürsəti yaradacaq. Qeyd edək ki, bu günədək “Təbiəti könüllü qoruyaq” könüllülər qrupuna yüzlərlə gənc qoşulub. Geri qayıt |