Əsas Səhifə > Sosial > Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində14-05-2019, 17:52 |
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni mətbuat katibi təyin olunub. "AzerTaym.az" bildirir ki, bu təyinata qədər Günel Gözəlova “Azərpoçt” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olub. Qeyd edək ki, Günel Gözəlova Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 2000-2003-cü illərdə Azərbaycan Dövlət Televiziyasında aparıcı-jurnalist, 2003-2016-cı illərdə Lider TV-də jurnalist, televiziya və radio aparıcısı, redaktor, “Gənclər” redaksiyasının rəhbəri, “Lider xəbər” departamentinin rəis müavini vəzifələrində çalışıb. Günel Gözəlova eyni zamanda 6 il pedaqoji fəaliyyətlə də məşğul olub. Geri qayıt |