Əsas Səhifə > Sosial > “Onun bir səhvi var idi – mənim kadrım olmağı…” – İlyas İsmayılov
“Onun bir səhvi var idi – mənim kadrım olmağı…” – İlyas İsmayılov13-09-2019, 18:26 |
“Bəzi informasiya portallarının Tovuz rayonunda qətlə yetirilən Firudin Ələkbərli barədə yazdıqları qətiyyən doğru deyil”. “AzPolitika.info”-nun məlumatına görə, bunu Ədalət Partiyasının sədri, ölkənin sabiq Baş prokuroru və Ədliyyə naziri İlyas İsmayılov bu gün Tovuzda qətlə yetirilən keçmiş məhkəmə sədri Firudin Ələkbərli barədə danışarkən deyib. O, “ovqat.com” saytına bu barədə açıqlama verib. Azərbaycan Respublikasının ilk Ədliyyə naziri olan və 1992-1995-ci illərdə bu vəzifəni icra edən İlyas İsmayılov Firudin Ələkbərlinin niyə Tovuz Rayon Məhkəməsinin sədri vəzifəsindən uzaqlaşdırılmasına da aydınlıq gətirib: Firudin Ələkbərlinin çox savadlı və ədalətli kadr olduğunu deyən İlyas İsmayılov onun heç bir zaman kimisə şantaj edəcək əxlaqda olmadığını, nahaqqı haqqa satmadığını, həmişə xalqı, milləti düşündüyünü bildirdi: “Ölkənin iri məmurlara bağlı mətbu orqanlarında Firudin Ələkbərlinin neqativ profilini yaratmaq cəhdlərini görür və buna hiddətlənirəm. Azərbaycan xalqının mentalitetində ölünün nüfuzu ilə oynamaq adət-ənənəsi olmayıb. Milli mentalitetimizə zorla bu mənfi xarakterləri sırıyanlar unutmasınlar ki, ölüm hər kəsin alnına yazılıb və heç bir ölü danışa bilmir. Yalan ittihamlar ölülərin ruhlarını və yaxınlarını narahat edir”. Geri qayıt |