Əsas Səhifə > Sosial, Slayd > Aydın Şükürdən maraqlı Qarabağ təklifi...

Aydın Şükürdən maraqlı Qarabağ təklifi...


31-08-2015, 17:59
Aydın Şükürdən maraqlı Qarabağ təklifi...«Təkcə işğal olunmuş rayonların anım tədbirləri deyil, BMT-nin, onun Təhlükəsizlik Şurası üzvlərinin Bakıdakı səfirlikləri qarşısında da aksiyalar keçirilməlidir»

Milli Azadlıq Hərəkatının öncüllərindən olan, Qarabağ qazisi AYDIN ŞÜKÜR maraqlı təkliflə çıxış edib. "AzerTaym.az" JAM.AZ-a istinadən xəbər verir ki, özünün Facebook səhifəsində geniş açıqlama yayan Şükürün təklifləri bütünlüklə Qarabağ münaqişəsinin həlli ilə bağlıdır.

O təklif edir ki, torpaqların işğalı ilə bağlı ənənəvi ildönümü tədbirləri yeni və qəti mərhələyə keçsin. «22 ildir Qubadlı rayonu, imperiyaların siyasətinin qurbanı olaraq, “erməni işğalı” adı altında işğalda saxlanılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı, 822, 853, 874 və 884 saylı qətnamələri icraya yönəldilmədən, sözün əsl mənasında dondurularaq saxlanılır, qətnamənin tələbləri icra olunmur. ATƏT adlı yararsız bir qurumun, torpaqlarını, evlərini, yurdlarını itirmiş Qarabağdan olan məcburi köçkünlərin heysiyyatı ilə oynaması, riyakar-aldadıcı manevrləri açıq-aşkar göz qabağındadır».

AYDIN ŞÜKÜR daha sonra yazır ki, işğal altında olan rayonların, işğal günlərinin ildönümündə keçirilən ənənə halını almış tədbirlərlə yanaşı, eyni vaxtda BMT-nin Bakıdakı mənzil qərargahının, BMT TŞ-nin daim üzvü olan ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin dövlətlərinin Azərbaycandakı səfirliklərinin qarşısında BMT qətnamələrinin dərhal həyata keçirilməsi tələbi ilə aksiyalar davam etdirilsin. «Tədbirdə, ərazisi işğal olunmuş əhali iştirak etməklə yanaşı, Qarabağ qaziləri, həmən ərazidən mandat qazanmış millət vəkilləri, icra başçıları da iştirak etsinlər».

Aydın Şükürdən maraqlı Qarabağ təklifi...Milli mübarizə hərəkatının fəal üzvlərindən biri olan,1990-cı illərdə Qarabağ və sərhədyanı bölğələrdə düşmənə qarşı mübarizənin ən qızğın dövrlərində kifayət qədər xidmətləri olan Qazi
AYDIN ŞÜKÜR
nəzərdə tutulan aksiyanın tələblərini də qeyd edib:

- «BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı, 822, 853, 874 və 884 saylı qətnamələri dərhal icraya yönəldilsin.

- ATƏT-nın Qarabağla bağlı fəaliyyətinə son verilsin.

- Azərbaycanın dövlət başçısı, Ermənistan rəhbərliyi ilə aparılan aldadıcı və mənasız danışıqlara son qoysun.

- Torpaqların azad olunmasında ən böyük maneə olan, əslində “erməni” adı altında Azərbaycanın torpaqlarını işğal edən Rusiyanın məsələyə hərbi müdaxiləsinə qadağa qoyulsun.

- BMT TŞ, 822, 853, 874 və 884 saylı qətnamələri icra etməyəcəyi təqdirdə, Azərbaycan Dövlətinin öz ərazisini işğaldan azad etmək üçün təcili tədbirlər həyata keçirməsinə yardımçı olsun, şərait yaratsın»
.



Geri qayıt