Əsas Səhifə > Sosial > Bakıda güclü külək fəsadlar törətdi
Bakıda güclü külək fəsadlar törətdi2-12-2019, 19:42 |
Bu gün Bakıda əsən güclü külək nəticəsində səkkiz ağac aşıb.
"AzerTaym.az" bildirir ki, bunu oxu.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.
Onun sözlərinə görə, ağacların aşması nəticəsində iki maşına ziyan dəyib:
"Xoşbəxtlikdən xəsarət alan olmayıb. Ağacların aşma halları paytaxtın Yasamal, Nəsimi, Nərimanov və Sabunçu rayonlarında daha çox müşahidə olunub”.
Birliyin rəisi qeyd edib ki, hazırda Birliyin əməkdaşları gücləndirilmiş rejimdə çalışırlar:
"Vətəndaşlar diqqətli olmalıdırlar. Sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında saxlamasınlar”.
![]() ![]() Geri qayıt |