Əsas Səhifə > Sosial > Bir sutkada karantin rejimi pozanlardan 380.000 manat cərimə
Bir sutkada karantin rejimi pozanlardan 380.000 manat cərimə6-04-2020, 12:22 |
Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən nəzarət tədbirləri ilə son sutkada (aprelin 5-dən 6-dək olan müddətdə) respublika ərazisində 3800 nəfərə cərimə kəsilib. Onlar karantin rejimini pozanlardır. “Maddə 211. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması: Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 2000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir”. Buradan belə nəticəyə gəlmək olur ki, karantin rejimini pozanların hər birinə minimum 100 manat cərimə kəsilibsə, onda son sutkada toplam cərimə məbləği 380.000 manat edir. Geri qayıt |