Əsas Səhifə > Sosial > Azərbaycanda koronavirusa yoluxanların sayı 5 MİNİ
Azərbaycanda koronavirusa yoluxanların sayı 5 MİNİ30-05-2020, 21:17 |
Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların və infeksiyadan sağalanların sayı açıqlanıb."Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Hazırkı dövrədək ölkəmizdə 5 246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 327 nəfər müalicə olunaraq sağalıb, 61 nəfər vəfat edib, 1 858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 58 nəfərin vəziyyəti ağır, 68 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir. Geri qayıt |