Əsas Səhifə > Sosial > Qarabağda COVID-19-a yoluxanların sayı

Qarabağda COVID-19-a yoluxanların sayı


10-07-2020, 20:08

Qarabağda COVID-19-a yoluxanların sayı açıqlanıb

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində koronavirus infeksiyasına yoluxanların rəsmi sayı açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Sputnik Armenia“ məlumat yayıb.

Bildirilir ki, son olaraq 4 nəfərdə COVID-19 virusuna yoluxma qeydə alınıb.

Ümumilikdə Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 146 nəfər təşkil edir. Hələlik koronavirusdan ölüm faktı qeydə alınmayıb. 


Geri qayıt