Əsas Səhifə > Sosial > Ramiz Mehdiyevin kürəkəni bu gün azadlığa

Ramiz Mehdiyevin kürəkəni bu gün azadlığa


5-09-2020, 13:44

Ramiz Mehdiyevin kürəkəni bu gün azadlığa çıxır

Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və  qudası Rövşən Mustafayev bu gün azadlığa çıxır.

 "AzerTaym.az" Unikal.org-a istinadən bildirir ki, avqust ayının 22-sı həbs olunan qudaların bu gün 15 sutkalıq inzibati cəzası başa çatıb. Adıçəkilən şəxslər Abşeron Rayon Məhkəməsinin qərarı ilə  İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə cəzalandırılmışdılar.

Qeyd edək ki, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev 18 avqustda karantin qaydalarını pozaraq Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy etmişdi. 


Geri qayıt