Əsas Səhifə > Sosial > Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı
Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı19-09-2020, 12:53 |
Tanınmış müğənni Xuraman Şuşalı evini satışa çıxarıb. "AzerTaym.az" bildirir ki,bu haqda Yenisabah.az-a sənətçi özü məlumat verib. O, pandemiya ilə əlaqədar maddi səbəblərdən dolayı evi satmaq məcburiyyətində qalıb: “Evimi satışa çıxarmışam. İnşallah, satılsın nə edəcəyimizlə bağlı qərarımızı verəcəyik. Hələ ki, elan saytlarına yerləşdirməmişik. Ev Qaraçuxurda dağın üstündə yerləşir. 4 sotun içində tikilib. 100 min manat xərc qoymuşam, çox keyfiyyətli tikilib. Çıxarışı var, sonradan tikmək üçün də icazəsi var. Hal-hazırda orda torpağın sotu 20 mindən başlayır. Evin düz gölə mənzərəsi var”.
![]()
![]() Geri qayıt |