Əsas Səhifə > Sosial > Paşinyanın müşaviri Ermənistanın cinayətini
Paşinyanın müşaviri Ermənistanın cinayətini7-10-2020, 15:16 |
Ermənistanın Baş naziri Nikol Paşinyanın Baş müşaviri Vaqarşak Arutyunyan "Rossiya 1" telekanalına müsahibəsində dinc əhalini hədəf aldıqlarını etiraf edib. Xatırladaq ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev öz tvitter hesabında xəritə tipli infoqrafika paylaşaraq ermənilərin müxtəlif istinad nöqtələri ilə Gorus və Vardenis rayonlarından Azərbaycanın 6 mülki ərazisinə raket hücumları təşkil etdiyini qeyd etmişdi. Belə ki, Vardenisdən Xızı, Abşeron, Mingəçevir, Gəncə, Gorusdan isə Tərtər və Beyləqan atəşə tutulur. Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə Azərbaycanın peyk texnologiyası vasitəsilə atəşlərin trayektoriyalarını müəyyənləşdirərək Beynəlxalq İctimaiyyətə çatdırılacağını bildirmişdi. Geri qayıt |