Əsas Səhifə > Sosial, Hadisə > Gülalıyevə ömürlük əlillik dərəcəsi təyin edilib"

Gülalıyevə ömürlük əlillik dərəcəsi təyin edilib"


9-06-2021, 14:17

Sosial şəbəkələrdə avtomobil qəzası zamanı ağır xəsarət alaraq yataq xəstəsi olan tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevə əlillik dərəcəsinin təyin edilməsi barədə xəbər yayılıb.  İddia olunur ki, bu barədə müraciətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtina cavabı verilib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov "AzPolitika.info"-nun sorğusuna cavab olaraq bildirib ki, Gülaliyev Oqtay Əligüşad oğluna əlillik dərəcəsinin verilmədiyi barədə yazılan fikirlər əsassızdı. Onun sözlərinə görə, O. Gülalıyevlə bağlı göndəriş sistemə daxil edildiyi vaxtdan ona I dərəcə ömürlük əlillik təyin edilib.

 


Geri qayıt