Əsas Səhifə > Sosial > PREZİDENT ŞƏHİD JURNALİSTLƏRİ TƏLTİF ETDİ

PREZİDENT ŞƏHİD JURNALİSTLƏRİ TƏLTİF ETDİ


14-06-2021, 15:49

Prezident İlham Əliyev "İşğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncamda deyilir:  

"Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən həlak olmuş aşağıdakı şəxslər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin:

Abışov Sirac Abış oğlu

Əliyev Arif Ağalar oğlu

İbrahimov Məhərrəm Əli oğlu"


Geri qayıt