Əsas Səhifə > Sosial > Qumar oynayanlar üçün cərimə ARTIRILDI
Qumar oynayanlar üçün cərimə ARTIRILDI26-12-2021, 22:32 |
Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə cərimələr artırılır.
Hazırda qüvvədə olan qanuna görə, qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə 400 manatdan 600 manatadək məbləğdə cərimə tətbiq olunur. Layihəyə əsasən, artıq qumar oynamağa görə oyun ləvazimatı, həmçinin qumar oyunu nəticəsində mərc qismində verilmiş (ödənilmiş) pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə 5 min manat məbləğində cərimə tətbiq olunacaq. Geri qayıt |