Əsas Səhifə > Sosial > Elmar Vəliyevlə oğlu arasında qalmaqal - ATASINDAN XƏBƏRSİZ
Elmar Vəliyevlə oğlu arasında qalmaqal - ATASINDAN XƏBƏRSİZ14-02-2022, 01:01 |
Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevlə oğlu Elmir Vəliyev arasında qalmaqal baş verib. Bu barədə Gununsesi.info-nu məlumatlandıran E.Vəliyevin Göygöl rayonundakı qonşularından biri deyib ki, narazılıq mal-mülk üstündə olub. Belə ki, Elmar Vəliyev külli miqdarda borclu olduğu şəxslərdən birinə Yevlax rayonu ərazisində yerləşən dəvə fermasını təklif edib. Xatırladaq ki, keçmiş icra başçısı hələ Yevlaxda icra başçısı olduğu dövrdə bu təsərrüfatı qurub, daha sonra inkişaf etdirərək yüzdən artıq dəvəyə sahib olub. Mübahisə Elmar Vəliyev oğlunu evdən qovması ilə yekunlaşsa da, qalmaqalın bununla bitəcəyi ağlabatan görünmür. Çünki,icra başçısı olduğu dövrdə milyonlarla dollar borca girən E.Vəliyevin əmlakını sataraq vəziyyətdən çıxmaq cəhdləri bu və ya digər səbəblərdən mümkün olmur… Geri qayıt |