Əsas Səhifə > Sosial > Tikilməkdə olan bina çökdü - Dağıntı altında qalanlar var

Tikilməkdə olan bina çökdü - Dağıntı altında qalanlar var


24-02-2022, 14:01

Bakının Keşlə qəsəbəsində tikilməkdə olan bina çöküb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə “City Garden” layihəsinin inşa olunan binalarından birində baş verib.

Dağıntı altında qalanların olduğu ehtimal edilir.

Musavat.com xəbər verir ki, hadisənin baş verdiyi “City Garden Nərimanov” yaşayış kompleksi Azərbaycanan ən böyük tikinti şirkətlərindən olan “Kristal Abşeron”un yeni layihəsidir.

Nəriman Nərimanov ərazisində 21 hektar ərazidə yeni yaşayış kompleksinin tikintisi bir neçə ay əvvəl başlamışdı.


Geri qayıt