Əsas Səhifə > Sosial > Sabiq deputatın rəhbərlik etdiyi zavodun gəlirləri kəskin azaldı

Sabiq deputatın rəhbərlik etdiyi zavodun gəlirləri kəskin azaldı


4-08-2022, 15:30

Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ötən il üçün maliyyə hesabatını açıqlayıb.

  Yeniavaz.com-un məlumatına görə zavod il ərzində 2 milyon 22 min 227 manat xalis mənfəət əldə edib. 


Bu, əvvəlki illə müqayisədə 3,6 dəfə az olub. Belə ki, “Gəncə Avtomobil Zavodu” 2020-ci ildə 7 milyon 396 min 335 manat xalis mənfəət ədə etmişdi.
Məlumat üçün bildirək ki, “Gəncə Avtomobil Zavodu”nun inşasına 1986-cı ildə başlanılsa da Sovet ittifaqının dağılması nəticəində yarımçıq qalıb. “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi 1995-ci ildə rəsmi dövlət qeydiyyatına alınıb. Zavodda ilk avtomobil istehsalı (yığılması) 2004-cü ildə reallaşıb. Rəsmi məlumatlarda “Gəncə Avtomobil Zavodu”nun qanuni təmsilçisi (direktor) kimi Nəbiyev Bağban Qoca oğlu qeyd olunub. Zavodun rəsmi veb-saytında isə direktor kimi Kamran Nəzərovun adı yazılıb. Bağban Nəbiyev isə 1-ci müavin olaraq göstərilir.
Onu da bildirək ki, Gəncə Avtomobil Zavodu” İstehsalat birliyinin Müşahidə Şurasının sədri sabiq millət vəkili Xanlar Fətiyevdir.


Geri qayıt