"AzerTaym.az" bildirir ki, 32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən 3 mərtəbəli malikanə Səbail rayonu, Badamdar qəsəbəsində yerləşir. 1.5 milyon manat dəyərində olan villa deputatın qohumunun adına alınıb.
Saytımıza verilən məlumatda bildirilir ki, E.Hacıyevin yeni evinin alqı-satqısı ilə bağlı əməliyyat Bank Respublika vasitəsi ilə aparılıb. Belə ki, 1.5 milyon manat dəyərindəki villanın 600 min manatı bank vasitəsilə ödənilib.
P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



