Əsas Səhifə > Sosial > Hər zamankı kimi İnşaat Kolleci bu semestr imtahanlarını da uğurla
Hər zamankı kimi İnşaat Kolleci bu semestr imtahanlarını da uğurla12-06-2023, 16:36 |
Azərbaycan Memarlıq və İnşaat Universiteti və universitetin nəzdində fəaliyyət göstərən İnşaat Kolleci bu sahədə aparıcı mövqeylərə malik olan təhsil müəssisələridir. AzMİU 1920-ci ildən Bakı Politexnik İnstitutunun tərkibində inşaat fakültəsi, 1930-1934-cü illərdə müstəqil İnşaat və Memarlıq İnstitutu, 1934-cü ildən Azərbaycan Sənaye İnstitutunun, 1951-ci ildən isə Azərbaycan Politexnik İnstitutunun tərkibində inşaat-memarlıq yönümlü ixtisasları birləşdirən bir neçə fakültə kimi fəaliyyət göstərmişdir. 1975-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılmışdır. 1992-ci ildə institut universitet statusu almışdır. AzİMU inşaat sahəsində Zaqafqaziyada ilk və hələlik yeganə ali təhsil müəssisəsidir. Universitet indiyə qədər 25 mindən çox yüksəkixtisaslı memar və inşaatçı-mühəndis hazırlamışdır. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır. Hazırda universitetdə mühəndis kadrlarının hazırlanması ilə 700 nəfərdən ibarət professor-müəllim heyəti məşğul olur. Bunlardan 100 nəfərdən çoxu elmlər dokturu, professor, 400 nəfərdən çoxu elmlər namizədi, dosent və baş müəllimdir. Onlarla yanaşı respublika tikinti kompleksinin aparıcı mütəxəssisləri də tədris prosesinə cəlb edilmişdir. Universitetdə 42 kafedra fəaliyyət göstərir. Bunlar sosial-siyasi və humanitar, ümumi elmi, ümumi texniki və ixtisas kafedralarına bölünür. Universitetin maddi-texniki bazası ildən ilə möhkəmlənir. Hazırda ali məktəbin ümumi sahəsi 49000 kv.m olan 5 tədris korpusu vardır. Auditoriya fondunun genişlənməsilə bağlı bir çox kafedralar müasir avadanlıqlarla, kompüterlərlə təchiz olunmuş, tədris və elmi tədqiqat laboratoriyaları yaradılmışdır. Universitetin rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədovadır. Qeyd edək ki, Gülçöhrə xanım 1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru təyin edilmişdir. Elmi fəaliyyəti əsasən Qafqaz Albaniyasının memarlığı və Azərbaycan ərazisində xristian dini memarlığının tədqiqi ilə bağlıdır. Bir çox abidələrin bərpa və elmi rekonstruksiya layihələrini işləmişdir. 1985-ci ildə "Qafqaz Albaniyasının erkən orta əsrlər xristian memarlığı" mövzusunda namizədlik dissertasiyasını, 1999-cu ildə "Qafqaz Albaniyasının dini memarlığı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Bir çox beynəlxalq elmi konfransların təşkil olunmasında iştirak edib və məruzələrlə çıxış etmiş, memarlıq abidələrinin bərpası ilə bağlı bir sıra beynəlxalq layihələrə rəhbərlik etmişdir. 2000-2005-ci il tarixində Azərbaycan Respublikası II çağırış Milli Məclisinin deputatı olmuşdur. 1985-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. Beynəlxalq Elmlər Akademiyası Şərqi Avropa Bölməsinin və Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvüdür. 2006-cı ildə ona "Azərbaycan Respublikası Əməkdar Memarı" fəxri adı verilmişdir. Əlbəttə ki, bu gün İnşaat Kollecində müşahidə olunan inkişaf, tələbələrin ixtisas biliklərinə mükəmməl yiyələnmələri üçün tələb olunan şəraitin mövcudluğu, tədrisin yüksək səviyyədə təşkili və bir çox digər uğurlardan danışarkən, kollecin direktoru Namiq Ağamalıyevin bütün bu proseslərdə rolu xüsusilə qeyd olunmalıdır. Belə ki, artıq uzun müddətdən bəri bu orta-ixtisas təhsili müəssisəsinə rəhbərlik edən Namiq müəllim kollecin səmərəli fəaliyyətinin təmin olunması üçün hər zaman fədakarlıqla çalışmışdır. Bu gün İnşaat kollecində tələbələrin fərqli və daha effektiv təcrübə keçmə metodikasının tətbiqində, bu məqsədlə yerli və xarici şirkətlərlə əlaqələrin qurulmasında və digər bu kimi işlərdə də Namiq Ağamalıyevin böyük əməyi vardır. "AzerTaym.az" Geri qayıt |