Əsas Səhifə > Sosial > LƏTİFƏ ƏHMƏDOVA: "Tarixi Qayıdışdan başlanan yol Azərbaycana
LƏTİFƏ ƏHMƏDOVA: "Tarixi Qayıdışdan başlanan yol Azərbaycana14-06-2023, 22:06 |
İŞ ADAMI,sahibkar qadın LƏTİFƏ ƏHMƏDOVA qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Lətifə Əhmədovanın diqqətindədir.
Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Lətifə Əhmədova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
![]() ![]() Dövlət başçısı İlham Əliyev bildirir: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi.” Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirir. Həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Dövlət başçısının təkmil islahatları, yeniliyə əsaslanan siyasəti Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirir. Bu gün qalib Azərbaycanın uğurlarından, yaratdığı reallıqlardan bəhs edirik. Bu tarixi Zəfər Heydər Əliyev siyasətinin təntənəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev bəli,məhz ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edir. Şəksiz-şübhəsiz deyə bilərik ki,belə bir möhtəşəm tarixi qayıdışdan başlanan yol bu gün Azərbaycana çox böyük uğurlar,nailiyyətlər qazandırır.
![]()
Geri qayıt |