Əsas Səhifə > Sosial > Kəmaləddin Heydərov futbol matçında

Kəmaləddin Heydərov futbol matçında


27-07-2023, 21:48

Xəbər verdiyimiz kimi, bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Kiprin “Omoniya” klubunu qəbul edəcək.

“Qafqazinfo”nun məlumatına görə, oyunu izləyənlər arasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov da olacaq.

O, matçdan bir neçə dəqiqə öncə qarşılaşmanın keçiriləcəyi Qəbələ şəhər stadionuna gəlib.

Qeyd edək ki, Kəmaləddin Heydərovun oğlu Tale Heydərov “Qəbələ”nin prezidenti olub. O, bu postdan 2019-cu ildə istefa verib.


Geri qayıt