Əsas Səhifə > Sosial > Ermənilərin 90-dan artıq döyüş mövqeyi nəzarətə götürülüb

Ermənilərin 90-dan artıq döyüş mövqeyi nəzarətə götürülüb


20-09-2023, 13:37

Ermənilərin 90-dan artıq döyüş mövqeyi nəzarətə götürülüb - RƏSMİ 

Ermənistan silahlı qüvvələrinin birləşmələrinin 90-dan artıq döyüş mövqeyi və strateji əhəmiyyətli mövqelər nəzarətə götürülüb. 

AzerTaym.az bildirir ki, bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib. 

Anar Eyvazov qeyd edib ki, 7 nəqliyyat, 4 minataan, 1 tank və 2 piyada döyüş maşını da qənimət olaraq ələ keçirilib. 


Geri qayıt