Əsas Səhifə > Sosial > MƏRKƏZİ HAKİMİYYƏT QARABAĞA YARDIM GÖNDƏRİR - Avtomobillər
MƏRKƏZİ HAKİMİYYƏT QARABAĞA YARDIM GÖNDƏRİR - Avtomobillər22-09-2023, 10:08 |
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb. APA xəbər verir ki, sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Xankəndiyə yola salınıb. Avtomobillər Ağdam rayonu ərazisindən Əsgərana doğru hərəkət edir. Yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq. Bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin çatdırılması təmin olunacaqdır.
![]()
![]()
![]()
Geri qayıt |