Əsas Səhifə > Sosial > Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı
Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı8-10-2023, 18:47 |
Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib. Yenisabah.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 8 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 188 nəzarətçi‑müəllim, 30 buraxılış rejimi əməkdaşı ayrılıb. Oktyabrın 9-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq. Geri qayıt |