Əsas Səhifə > Sosial > XANKƏNDİ ŞƏHƏRİNƏ KOMENDANT TƏYİN EDİLDİ
XANKƏNDİ ŞƏHƏRİNƏ KOMENDANT TƏYİN EDİLDİ16-10-2023, 13:18 |
Xəbər verildiyi kimi, polis general-mayoru Sərdar Səfərov Xankəndiyə komendant təyin edilib. “AzPolitika.info” xəbər verir ki, Sərdar Səfərov 1973-cü ildə Sumqayıtda anadan olub. Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Türkiyə Respublikasının Jandarma Zabitlər Məktəbini və DİN-in Polis Akademiyasını bitirib. 1996-2005-ci illərdə Daxili Qoşunlarda xüsusi təyinatlı bölük komandiri, Xüsusi təyinatlı taborun qərargah rəisi kimi xidmət edib. 2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi olub. 2022-ci ilin fevralnda BŞBPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin olunub.
![]()
Bu ilin yanvarında isə o, nazir Vilayət Eyvazovun əmri ilə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib. S.Səfərov 2022-ci ildə Prezidentin sərəncamı ilə general-mayir rütbəsinə layiq görülüb. “Hərbi xidmətlərə görə”, "İgidliyə görə", “Vətən uğrunda” medalları ilə təltif edilib. Ailəlidir, üç övladı var. “AzPolitika.info” *** Xankəndi şəhərinə komendant təyin edilib. Bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, polis general-mayoru Sərdar Səfərov Xankəndi şəhərinə komendant təyin edilib. Geri qayıt |