Əsas Səhifə > Sosial > Siyavuş Kərimi məhkəməyə verildi

Siyavuş Kərimi məhkəməyə verildi


17-10-2023, 23:32

Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi məhkəməyə verilib.

Qaynarinfo-nun məlumatına görə, rektor barəsində məhkəməyə konservatoriyanın keçmiş müəllimi Xanbəyova Vəfa Nizami qızı müraciət edib.

Vəfa Xanbəyova konservatoriya rəhbəri barəsində "Əmək mübahisələri - İşə bərpa” üzrə iddia qaldırıb.

İşə Yasamal Rayon Məhkəməsinin hakimi Toğrul Axundovun sədrliyi ilə baxılacaq.


Geri qayıt