Əsas Səhifə > Sosial > Bağçalarda kollec məzunu müəllimlər işləməyəcəklər?
Bağçalarda kollec məzunu müəllimlər işləməyəcəklər?14-12-2023, 16:58 |
Elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı yaxın gələcəkdə məktəbəqədər təhsil müəssisələrində orta ixtisas təhsilli mütəxəssislərin bağçalarda işləməsinə icazə verilməyəcəyini deyib. O bildirib ki, bu müəssisələrdə çalışan şəxslərin minimum bakalavr təhsili səviyyəsində hazırlanması əsas məqsəddir. Hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən... Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov vurğulayıb ki, hazırda ölkədə 1693 dövlət, 110-dan artıq isə özəl uşaq bağçası var: Uşaq bağçalarında çalışanların 60 faizə qədəri bu sahə üzrə təhsil almayıb K.Əsədovun sözlərinə görə, aparılan araşdırmalar hazırda uşaq bağçaları və körpələr evində çalışan şəxslərin 60 faizə qədərinin bu sahə üzrə təhsil almadığını göstərir: “Onlardan 1 faizinin isə ümumiyyətlə təhsili yoxdur. Bu, ciddi faktdır. Bizim yanaşmamız ondan ibarətdir ki, uşaq bağçaları sadəcə onların oynaması, yeməsi, içməsi üçün olan mexanizmdir.
Yəni əslində, dayə xidməti göstərən bir yerdir. Lakin birmənalı şəkildə bu, belə deyil. Azərbaycanda mövcud qanunvericiliyin tələbinə əsasən, məktəbəqədər təhsil də təhsilin bir pilləsidir. Əslində ölkəmizdə uşaq bağçalarının sayı ümumi uşaqların yalnız 30 faizə qədərini əhatə etdiyi üçün biz bu təhsili ayrıca pillə olaraq götürə bilmirik. Amma etiraf edək ki, uşaqlara dərs deyən şəxslərin bilik və bacarıqları daha yüksək olmalıdır. Lakin kolleclər bu bilik və bacarıqları verə bilmirlər. Bu gün Azərbaycanda bağçanı bitirib orta məktəbə başlayan şagirdlər minimum oxuma, yazma, dinləmə, anlama qabiliyyətinə malik olmurlar. Ona görə də, hesab edirəm ki, bizim müəyyən qədər daha çox ali təhsilli mütəxəssislərə yer verməyimizə ehtiyacımız var. Lakin bu, kollec diplomu olan şəxslərin işdən çıxarılacağı demək deyil. Bilirik ki, ali təhsil müəssisələrimizin əksəriyyəti də yüksək səviyyəli, dünya və əmək bazarına cavab verən mütəxəssislər hazırlamırlar. Birmənalı şəkildə bizim gözləntilərimiz var. Çünki məktəbəqədər pillə təhsilin təməlidir və bunun əsası daha keyfiyyətli qoyulmalıdır”. Sayalı Abasova Geri qayıt |