Əsas Səhifə > Sosial > Aslan İsmayılovdan TƏBİB rəhbərinə güllə kimi

Aslan İsmayılovdan TƏBİB rəhbərinə güllə kimi


11-01-2024, 09:31

İTV-yə müsahibəsində Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov deyib ki, ölkəmizdə Qafqazın ən böyük reabilitasiya-terapiya mərkəzinin açılması nəzərdə tutulur.

Onsuz da tək Qafqazın yox, həm də dünyanın ən böyük, ən analoqsuz nəyi varsa Azərbaycandadır.

Tək Bakıda Diaqnostika Mərkəzi, Yeni Klinika da ən böyüklərdəndir.

V.Qurbanovdan xahiş edirəm ki, Azərbayacanda dünyanın ən böyük yox, ən kiçik müalicə müəssisəsi tikin ki, müalicə üçün kasıblarımız İrana, ortabablar Türkiyəyə, varlılar isə ABŞ və Avropaya getməsinlər.


Geri qayıt