Əsas Səhifə > Sosial > Partlayışda ölənlərin sayı 7 nəfərə çatdı
Partlayışda ölənlərin sayı 7 nəfərə çatdı16-01-2024, 00:43 |
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən daha bir nəfərin meyiti tapılıb. AzerTaym.az bildirir ki, bu barədə FHN-nin Mətbuat xidmətindən bildirilib. Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Geri qayıt |