Əsas Səhifə > Sosial > Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunda 65 minlik şübhəli satınalma:
Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunda 65 minlik şübhəli satınalma:28-01-2024, 23:14 |
Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutu 2023-cü ilin dekabr ayının 15-də “Maşın və avadanlıqların satınalınması” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Qlobal.az xəbər verir ki, bu satınalmanın məbləği 43.060 manat, qalibi isə “AKASİYA RR CORP” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1506535021) olub. Həsənov Murad Əkbər oğlunun təsisçisi olduğu daha bir təşkilatla – “KASKAD-DEN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1806467141) ilə Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutu arasında 2023-cü ildə daha bir satınalma müqaviləsi imzalanıb. Belə ki, İnstitut 2023-cü ilin noyabr ayının 17-də “Bioloji aktivlər” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 22.760 manat təşkil edib. Satınalmada yuxarıda qeyd edilən kimi “KASKAD-DEN GROUP” MMC qalib elan edilib. Bu şirkətin də fəaliyyət profili barədə heç bir məlumat verilmir. Eyni tarixdə yaradılan, qanuni təmsilçisi eyni şəxs olan MMC-lərin Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunun sifarişçi olduğu satınalmalarda qalib gəlməsi bir sıra suallar yaradır. Qlobal.az məsələ ilə bağlı Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutundan mövqe öyrənmək istəsə də, qarşı tərəf bu barədə danışmaq istəmədi. Hesablama Palatasının açıqlamasında deyilir: “Hesablama Palatası tərəfindən 2022-2023-cü illərdə Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunda audit aparılmamışdır”. Qeyd edək ki, Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutu 1977-ci ildən fəaliyyət göstərir. İnstitutunun 8 şöbəsi, 4 laboratoriyası var. Geri qayıt |