Əsas Səhifə > Sosial > Mətin Eynullayevin işçilərindən Prezidentə şikayət edəcəklər
Mətin Eynullayevin işçilərindən Prezidentə şikayət edəcəklər2-02-2024, 17:11 |
Son vaxtlar ayrı-ayrı dövlət qurumlarında vəzifə sahibi olan şəxslərin, o cümlədən Əmlak Məsələləri Dövlət Xidmətində (ƏMDX) çalışan bəzi məmurların özbaşınalıqları, qol qoyduqları qanunsuzluq əməlləri, yaratdıqları kütləvi narazılıqlar və s. müəyyən çevrələrdə daha çox müzakirə olunmaqdadır. Baxmayaraq ki, indiyə kimi bu dövlət qurumunda da lazımi islahatlar həyata keçirilmiş, əhaliyə nümunəvi xidmət göstərilməsi əsas prioritet vəzifə olaraq, məhz ƏMDX-də çalışan vəzifə sahiblərinin diqqətinə dönə-dönə çatdırılmışdır. Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirdiyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi cənab Mətin Eynullayevin rəhbərlik etdiyi bu dövlət qurumunda elə vəzifə sahibləri var ki, onlar “ağa nəzərəm, belə gəzərəm” prinsipini əsas tutub, bu gün də “müştəbeh addımlar”ını atmaqda davam edirlər. Məsələn, gundemxeber.az xəbər portalının elektron poçtuna göndərilən mətnin mahiyyətinə diqqət yetirdikdə bəlli olur ki, ƏMDX-nin rəis müavini Elçin Yusubov və sözügedən bu dövlət qurumunda şöbə müdiri vəzifəsində çalışan Taleh Bəşirov, Abşeron rayonunun Novxanı çimərliyi yaxınlığındakı “Metallurq” qaçqın düşərgəsində əməlli-başlıca “at oynadırlar”. Yəni, hər iki vəzifə sahibi “Metallurq” qaçqın düşərgəsini zəbt etdiklərindən, onların belə bir addımı uzun illərdən bəri bu ünvanda məskunlaşan məcburi köçkünlər arasında ciddi narazılıq yaratmışdır. Yaşanan olayla bağlı redaksiyamıza lazımi qeyd və məlumatları çatdıran mənbə vurğulayır ki, artıq məsələ ilə bağlı məcburi köçkünlər ƏMDX-nin hər iki əməkdaşının əməlləri ilə bağlı Prezident İlham Əliyevə şikayət etməyə hazırlaşırlar və bununla bağlı onlar imztoplama kampaniyasına da başlayıblar. İmzatoplama kampaniyasının bu həftənin sonuna kimi başa çatdırılacağı nəzərdə tutulub. Bir sözlə, bazar ertəsinə kimi Elçin Yusubovun və Taleh Bəşirovun əməllərindən narazı olan məcburi köçkünlərin dövlət başçısına müraciət edəcəkləri nəzərdə tutulur. Bəli, məcburi köçkünlər ümid edirlər ki, “dərə xəlvət tülkü bəydir” prinsipini uca tutan hər iki məmurun bu cür özbaşınalığı haqda Prezident İlham Əliyev məlumatlı olarsa, o halda hər iki vəzifə sahibi lazımi səviyyədə cəzalandırılacaqlar. Bu da uzun illərdən bəri məcburi köçkün həyatı yaşayanların ikinci dəfə qaçqın həyatı yaşamalarının qarşısını alacaq. (GundemXeber) Geri qayıt |