Əsas Səhifə > Sosial > Parçalanmış ittifaqlar birləşdi, narazılıq bitmədi - Oqtay Mirqasımov

Parçalanmış ittifaqlar birləşdi, narazılıq bitmədi - Oqtay Mirqasımov


5-03-2024, 19:16

Azərbaycan Kinematoqrafçılar İttifaqının bu gün keçirilən qurultayında gərgin anlar yaşanıb. 
 
Xalq artisti Oqtay Mirqasımov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə Azərbaycan Kinematoqrafçılar İttifaqının birləşməsinin əleyhinə olduğunu açıqlayıb. 
Lakin qurultay iştirakçılarından onun təklifinə dəstək olmadığı üçün Oqtay Mirqasımov tədbiri tərk edib.
Məsələ ilə bağlı Xalq artisti ilə əlaqə saxladıq. O, Qaynarinfo-ya açıqlamasında suala cavab verməkdən yayınıb:
"Sizin dediyiniz məsələ 50-nin 50-yədir".
Qeyd edək ki, Xalq artisti Oqtay Mirqasımov Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatına layiq görülüb. 
Onu da qeyd edək ki, qurultayda ittifaqlar birləşib və Rasim Balayev sədr seçilib. Qaynarinfo

Geri qayıt