Əsas Səhifə > Sosial > Milli Kitabxanada "26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü" adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi
Milli Kitabxanada "26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü" adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi25-06-2024, 19:07 |
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Bu mühüm addım Ümummilli Liderin ordu quruculuğuna diqqətinin bariz nümunəsidir.
Virtual sərgidə rəsmi sənədlər, fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/26_Iyun_Azerbaycan_Silahli_Quvveler_Gunu/index.htm linkindən istifadə edə bilərlər. Ənənəvi sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin və Müstəqil Azərbaycan Respublikasının ordu quruculuğu, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mükəmməl ordu quruculuğu strategiyası, hərb tarixi, 44 günlük Vətən müharibəsi zamanı qazanılan möhtəşəm Qələbə haqqında, tarixə adı qızıl hərflərlə yazılmış generallar, hərbi xadimlər, veteranlar, qazilər və vətən uğrunda şəhid olumuş hərbiçılər haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar nümayiş olunur. Ənənəvi sərgi 1 həftə davam edəcək.
Geri qayıt |