Əsas Səhifə > Sosial, Slayd > “MTN İŞİ” ƏMLAK KOMİTƏSİNƏ DƏ SIÇRADI?!
“MTN İŞİ” ƏMLAK KOMİTƏSİNƏ DƏ SIÇRADI?!1-12-2015, 00:58 |
İndiki vaxtda Məhəmməd İmanovun vəzifəsindən çıxarılması təsadüfdürmü? Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov vəzifəsindən azad edilib.Lent.az-ın məlumatına görə, xidmət rəisi ilə birlikdə onun müavini də tutduğu postdan azad edilib. M.İmanovun yerinə hələ ki, rəsmi təyinat yoxdur.
MTN-dəki bandanın həbsə alındığı və istintaqın aparıldığı bir dövrdə Məhəmməd İmanovun vəzifədən çıxarılması istər-istəməz onun da bu prosesdə iştirakına dair ehtimalları gücləndirir. Mümkündür ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov Mahmudovun “General banda”sının iş adamlarının, məmurların əmlakı barədə məlumatları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən əldə etdiyini bildirib (və ya həqiqətən belə olub-müəl.). İlk baxışda bu Məhəmməd İmanovun “qurban verilməsi” kimi görünsə də, Xidmət rəisi MTN generalları ilə əməkdaşlıq etməsini əsaslandıra bilər. Məsələn, deyə bilər ki, MTN generalları məlumatları gizli əməliyyat üçün tələb etdiyindən vermək məcburiyyətində qalıb.
Əlbəttə, bununla biz Məhəmməd İmanovun məhz “MTN işinə” görə işdən çıxarıldığını iddia etmirik. Ancaq hər halda indiki vaxtda Kərəm Həsənovun köhnə dostunu vəzifədən çıxarması bunun “MTN işi” ilə bağlı olma ehtimalını yüksəldir. Bunu özəl mənbələrdən “AzPolitik.info”ya verilən bəzi bilgilər də təsdiqləyir. Belə ki, bizə verilən məlumata görə, MTN-in “killer” generalı Akif Çovdarov vaxtilə hansısa bir işə görə, Məhəmməd İmanovu “ilişdirərək” külli miqdarda pulunu alıb. Ancaq sonradan onlar arasında müəyyən dostluq münasibətləri yaranıb. Bununla belə mənbə xaratercə çox ehtiyatlı, sözəbaxan adam olan Məhəmməd İmanovun hansısa məlumatı rəhbərlikdən icazəsiz Akif Çovdarova ötürməsini mümkünsüz sayır.İddia edir ki, MTN Qeyd edək ki, hətta M.İmanov istəsəydi belə özbaşına iş görə bilməzdi. Çünki Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Əsasnaməsi elə yazılıb ki, qurumun idarəçiliyində rəisin rolu çox aşağıdır. Və əsas səlahiyyətləri K.Həsənov öz əlində cəmləşdirib. Diqqət edin, Xidmətin rəisi nəinki özünə müavin təyin etmək, hətta Xidmətin aparatının struktur bölmələrinin və Xidmətin tabeliyində olan yerli qurumların rəhbərlərini də təyin edə bilmək səlahiyyətinə malik deyil. Bu bir yana, hətta Xidmətin tabeliyində olan yerli qurumların rəhbərlərinə müavinlər təyin etməyi də Kərəm Həsənov öz səlahiyyətinə daxil edib. Belə bir yerdə Məhəmməd İmanovun Kərəm Həsnovdan gizli iş görməsi, razılaşaq ki, mümkün deyil. Bu məlumatlar Kərəm Həsənovun inanılmış adamlarından biri olan Məhəmməd İmanovu işdən çıxarmasının “MTN işinin” Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə sıçramasının qarşısını almağa hesablandığını düşünməyə əsas verir. Belə ki, istintaqın gedişində ortaya çıxacaq faktlar, istər-istəməz Məhəmməd İmanovun da istintaqa cəlb olunmasını tələb edə bilər. Onun bu günə qədər tutduğu vəzifə isə diqqətləri Kərəm Həsənovun üzərinə yönəldəcəkdi. Odur ki, Kərəm Həsənovun Məhəmməd İmanovu kiçik bir vəzifəyə keçirməklə, bu problemi ən azı özündən uzaqlaşdırmağa çalışdığını düşünmək olar. Hər halda indiki vəziyyətdə belə bir qərarın təsadüfən verilmədiyi şübhə doğurmur.
Ona görə qismən deyirik ki, Arif Qaraşov işdən çıxarılsa, DƏDRX Əmlak Məsələləri üzrə Dövlət Komitəsinın tabeçiliyinə verilsə də, qurumun rəhbərliyinə Kərəm Həsənovun istədiyi adam yerləşdirilmir. Rəis postuna Ziya Məmmədovun kadrı kimi tanınan Damət Bağırov gətirilir.
Elə əslən Beyləqan rayonundan olan və əvvəllər Nəqliyyat Nazirliyində şöbə müdiri işləmiş Məhəmməd İmanovu da həmin vaxt Rüstəm Şahbazovun təqdimatı ilə Abşeron Ərazi İdarəsinə rəis təyin etmişdi. Məhəmməd İmanov isə bu etimadı qısa müddətdə doğrultmuşdu. Ona görə də, Kərəm Həsənov heç 2 il keçməmiş onu Dövlət Reyestr Xidmətinin rəisi vəzifəsinə gətirmişdi. Sonrası da məlumdur… AzPolitika.info P.S..Yazıda qeyd olunanlarla bağlı adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Geri qayıt |