Əsas Səhifə > Sosial > Qarabağ Universitetini bitirən gənclər işlə təmin olunacaq?
Qarabağ Universitetini bitirən gənclər işlə təmin olunacaq?31-07-2024, 13:20 |
Qarabağ Universiteti ilə bağlı sosial şəbəkələrdə maraqlı məlumat yayılıb. Məlumatda bildirilir ki, Qarabağ Universitetində təhsil alan gənclər təhsillərini başa vurduqdan sonra işlə təmin olunacaqlar. “Təhsil, yataqxana ödənişsizdir, hər bir tələbə təqaüd alacaq və s. Bundan əlavə, təhsil kifayət qədər keyfiyyətli, tədris prosesi isə beynəlxalq səviyyəli olacaq. Buna görə də təbii ki, oranı bitirən hər hansı bir tələbənin nəzəri və praktiki bilikləri yüksək olacağı üçün əmək bazarına çıxışında heç bir problem yaranmayacaq. Ancaq Qarabağ Universitetini bitirən şəxslərin işlə təmin olunacağı ilə bağlı hansısa rəsmi açıqlama yoxdur”. Geri qayıt |