Əsas Səhifə > Sosial > Su basmış tuneldən ikinci şəxsin meyiti çıxarıldı
Su basmış tuneldən ikinci şəxsin meyiti çıxarıldı22-10-2024, 16:46 |
Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batan ikinci şəxsin meyiti çıxarılıb. Bu barədə “AzerTaym.az”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Baş Prokurorluqdan isə bildirilib ki, sözügedən tuneldə daha bir cəsədin aşkar olunması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır. *** AzerTaym.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib. Qeyd edilib ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsi davam etdirilir. Geri qayıt |