Əsas Səhifə > Sosial > Müdafiə naziri Eldar Sabiroğlunun yerinə təyinat etdi

Müdafiə naziri Eldar Sabiroğlunun yerinə təyinat etdi


5-01-2014, 15:11
Müdafiə Nazirliyinin mətbuat xidmətinə yeni rəis təyin olunub.
Müdafiə naziri Eldar Sabiroğlunun yerinə təyinat etdi

Azertaym.az-ın AzNews.az-a istinadən xəbərinə görə, bununla bağlı müdafiə naziri Zakir Həsənov yeni əmr imzalayıb.

Əmrə əsasən, nazirliyin İnformasiya İdarəsində çalışan polkovnik-leytenant Vaqif Dərgahlı mətbuat xidmətinin rəisi təyin edilib.

Xatırladaq ki, Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra qurumun mətbuat xidmətinə 7 il rəhbərlik etmiş sabiq deputat Eldar Sabiroğlu raport yazaraq Silahlı Qüvvələrdən təxris olunmasını xahiş edib və məzuniyyətə çıxıb. Məzuniyyəti başa çatan kimi 2013-cü ilin dekabr ayında isə o, ordu sıralarından təxris edilib.

Geri qayıt