Əsas Səhifə > Sosial > "Günahkar Emin Əmrullayevdir, cəzanı isə şagird, müəllim və valideynlər çəkir"
"Günahkar Emin Əmrullayevdir, cəzanı isə şagird, müəllim və valideynlər çəkir"Dünən, 23:52 |
ARTİ davamlı "saxta" təlimlərini keçməyə davam edir. Oxuyub anlama bacarığı formalaşdırılması ilə bağlı əzbərlənmiş təlimlər illərdir keçirilir. Təlimçilər çox savadsız, yalandan slayd əzbərləyib üzündən oxuyurlar. Metodiki heç bir məlumat verə bilmirlər. Müəllimlərin sualları cavabsız qalır. Müəllimlərə heç bir bilik də ötürülmür. Daha sonra həmin təlimin qiymətləndirilməsi keçirilir. Təbii ki, heç bir şey öyrədə bilmirlər, heç nə bilmirlər, keçdikləri təlimdəki müəllimlər də nəsə öyrənmədiyi üçün testi işləyə bilmirlər. Bu dəfə də özlərini pis vəziyyətə qoymamaq üçün testin cavabların ya ARTİ-nin bəyənmədiyi bir iki fərdi repetitor kimi çalışan təlimçilərdən öyrənirlər, ya da təlimi keçə bilməyən müəllim sualların düzgün cavabın vatsap qruplarına atır. Guya nəsə öyrədib. Məsələ burasındadır ki, verdiyi cavablar da səhv olur. Altstandartları təlim nəticəsi ilə əlaqələndirə bilmir, məzmun xətlərini tapşırıqlarla əlaqələndirə bilmir, oxu texnikasını düzgün müəyyənləşdirə bilmir. Amma ARTİ peşəkar metodist yetişdirir. Hörmətli ARTİ öz işçinizi seçə bilmirsiniz, öz işçinizi yetişdirə bilmirsiniz, öz işçiləriniz müəllimlərə təlim keçə bilmir. İndi hansı haqla, hansı düşüncə ilə, hansı əsas ilə metodist yetişdirirsiniz?! Keyfiyyətindən, uğurundan danışırsınız. Biz ara-sıra hazırkadıqlarınızla danışırıq. Hamısı kurikulum hazırlığı keçmək ümidi ilə qoşulduğunu amma hələ ki heç nə bilmədiklərini və sualları olduqda sizin bəyənmədiyiniz təlimçilərdən (Fərdi repetitor-ARTİ ilə əlaqəsi olmayan) soruşurlar. Bu biabrçılıq nə vaxta kimi davam edəcək?!..
Geri qayıt |