Əsas Səhifə > Sosial > Ceyhun Mirzəyevin qızı Moskvada küçədə yaşayır

Ceyhun Mirzəyevin qızı Moskvada küçədə yaşayır


Dünən, 22:38

 

Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyevanın Rusiyanın paytaxtı Moskvada küçədə yaşadığı bildirilir.
AzerTaym.az bildirir ki, bunu “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyev açıqlayıb və C. Mirzəyevanın küçədə lentə alınmış kadrlarını yayıb.
Qeyd edək ki, mərhum aktyor Ceyhun Mirzəyev 1993-cü ilin mart ayında, 47 yaşında vəfat edib. Həyat yoldaşı Lidiya Mirzəyeva isə 2015-ci ildə dünyasını dəyişib.
O, daha çox baş qəhrəmanlarına həyat verdiyi “Ögey ana” və “Fəryad” filmləri ilə tanınıb. C. Mirzəyev həmçinin “Fəryad” filminin rejissorudur.

Geri qayıt