Əsas Səhifə > Sosial > `25 mindən çox iş yeri bağlanıb`
`25 mindən çox iş yeri bağlanıb`27-01-2016, 09:40 |
`Prezidentin xüsusi sərəncamı oldu və ünvanlı sosial yardımla bağlı daha 20 milyon manat vəsait ayrıldı. Bu gün bizim ünvanlı sosial yardım təyin etdiyimiz ailələrin xüsusi çəkisi 5,1 faizdir. Ayrılan 20 milyon manat hesabına ünvanlı sosial yardım alan ailələrin xüsusi çəkisinin 6 faizə qədər genişləndirilməsi nəzərdə tutulur`. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, hazırda əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət etmiş 22 minə qədər ailə var: “Keçən həftənin əvvəlindən böyük sayda müraciət olan rayonlara mərkəzdən əməkdaşlarımızı ezam etmişik. Onlar ayrı-ayrı rayonlarda bu məsələni yerində araşdırırlar. Məsələn, tək Yardımlı rayonunda 1183 ailə müraciət edib. Halbuki Yardımlı rayonu ünvanlı sosial yardım alan ailələrin xüsusi çəkisinə görə birinci yeri tutur. Amma yenə də müraciət edənlərin sayı çoxdur. Bu da həmin rayonda istehsal sahələrinin azlığı ilə bağlıdır. Bir sıra belə rayonlar var. Burada ən ciddi məsələlərdən biri şəffaflığın artırılmasıdır”. 7News.Az Geri qayıt |