Əsas Səhifə > Sosial > DƏMİR YOLUNDA qiymətləri dövlət tənzimləməyəcək-
DƏMİR YOLUNDA qiymətləri dövlət tənzimləməyəcək-7-02-2016, 12:55 |
Onun sözlərinə görə, bundan sonra qiymətlər Tarif Şurası tərəfindən yox, QSC tərəfindən müəyyən ediləcək:“Bizim idarə tərəfindən daşınma qiymətləri qaldırıla da bilər, ucuzlaşdırıla da. Biz sənədlə birinci gün tanış olacağıq və müvafiq qurumlarla bu mövzunu müzakirə edəcəyik. Yalnız bundan sonra ətaflı məlumat vermək olar. Ancaq onu deyə bilərəm ki, qiyməti tənzimləmə səlahiyyətinin bizim quruma verilməsi qurum tərəfindən süni qiymət artımına səbəb olmayacaq”.
Nadir Əzməmmədov deyir ki, hazırki dövrdə qurumlar tərəfindən qiymətlərin stabil qalması üçün işlər aparılır:“Qiymət dəyişməsini zaman müəyyənləşdirir. Qiymət müəyyənləşdirmə bir az uzun prosesdir. Pambıq daşınması üçün qiymətlər ayrı, taxıl daşınması üçün ayrı, dəmir daşınması üçün başqadır. Ona görə də bunları ayrı-ayrı dəyərləndirmək lazımdır. AzerTaym.az Geri qayıt |